Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2023 16:42
Rusiyanın Yekaterinburq Ural Hüquq İnstitutunun 36 kursantı zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən məlumat verilib.
Kursantların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Rayon prokurorluğundan verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.