Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sinan Oğan Azərbaycanı təbrik etdi

Sinan Oğan Azərbaycanı təbrik etdi

Tarix: 26 Iyun 2023 17:58

Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə tviterdə yazıb.

"Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun".

Xatırladaq ki, Türkiyədə prezident seçkilərinin ilk turunda "ATA ittifaqı"nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.

Rəcəb Tayyip Ərdoğanın prezident seçildikdən sonra iyunun 13-də Azərbaycana rəsmi səfəri çərçivəsində Türkiyə liderini müşayiət edənlər arasında Sinan Oğan da var idi.

Milli.Az


Etiketlər:  Sinan Oğan Azərbaycanı təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ