Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədən ayrıldı, dünyanın ən ödənişli məşqçisi oldu - MƏBLƏĞ

Türkiyədən ayrıldı, dünyanın ən ödənişli məşqçisi oldu - MƏBLƏĞ

Tarix: 30 Iyun 2023 14:16

Mövsümün sonunda "Fənərbağça"nın baş məşqçi postundan ayrılan Jorje Jezuş tezliklə yeni işinə qovuşacaq. 

Milli.Az fanat.az-a istinadən bildirir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanı millisini çalışdıracaq. 

İnformasiyanı UOL yayıb. Mənbənin məlumatına görə, ərəblərlə münasibətlərini rəsmiləşdirsə, dünya futbolunda ən çox maaş alan milli məşqçisi olacaq.

68 yaşlı məşqçi ərəblərdən ildə 10 milyon avro alacaq. Yaxın vaxtlarda portuqaliyalı üç il müddətinə (DÇ - 2026-ya qədər) müqavilə imzalayacaq.

Hazırda millinin ən yüksək maaş alan məşqçisi Almaniyaya rəhbərlik edən Hans-Diter Flikdir (6,5 milyon avro). 

Müqayisə üçün qeyd edək ki, Jezuş ötən mövsüm "Fənərbağça"nı çalışdırarkən 7 milyon avro alıb.

Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində "Benfika", "Sportinq", "Braqa", "Flamenqo" və "Əl-Hilal" kimi komandalarda çalışıb. 

Milli.Az


Etiketlər:  Türkiyədən ayrıldı dünyanın ödənişli məşqçisi oldu MƏBLƏĞ


RƏYLƏR