Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 16:18
Dietoloq Yelena Solomatina saçları vaxtından tez ağardan məhsulların adını açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, dietoloq bildirir ki, yanlış qidalanma saçın vəziyyətinə təsir göstərə bilər.
Onun sözlərinə görə, saçda ağarma oksidləşdirici stressə səbəb olan və sərbəst radikalların səviyyəsini artıran qidalarla sürətlənir:
"Şirin, yağlı və qızardılmış qidaların həddindən çox istehlakı saçların ağarmasına səbəb olur. Bu cür məhsullar saç köklərinə mənfi təsir edir və melaninin onlara keçidini pozur".