Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Ukraynada məhv edilən "Vaqner"çilərin sayını açıqlayıb

Zelenski Ukraynada məhv edilən

Tarix: 1 Iyul 2023 18:12

"Ölkənin şərqində gedən döyüşlər zamanı Ukrayna ordusu "Vaqner" Xüsusi Hərbi Şirkətinin 21 minə yaxın muzdlusu məhv edilib".

Milli.Az report-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın "El Mundo" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, döyüşlər zamanı "Vaqner"in ən güclü bölmələri sıradan çıxarılıb: "Əlbəttə, onlar ancaq hücum edə bilərdilər. Hücumdan başqa çarələri yox idi. Əks halda öz silahdaşları tərəfindən öldürüləcəkdilər. Bu, onların gücünün əsas sirri idi".

V. Zelenskinin sözlərinə görə, döyüşlər zamanı 80 minə yaxın "Vaqner"çi yaralanıb: "Bu, əks-hücum əməliyyatlarımızın tərkib hissəsidir. Döyüşçülərimiz irəli getməyə hazırdırlar".

Ukrayna liderinin fikrincə, Belarusa yerləşən "Vaqner"çilər oradan yeni təhdid yarada bilərlər.

Milli.Az


Etiketlər:  Zelenski Ukraynada məhv edilən Vaqnerçilərin sayını açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ