Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Zenit''lə oyun: Məmmədov toqquşmada huşunu itirdi...

''Zenit''lə oyun: Məmmədov toqquşmada huşunu itirdi...

Tarix: 2 Iyul 2023 08:10

"Neftçi" futbol klubunun qapıçısı Aqil Məmmədov Rusiyanın "Zenit" klubunun futbolçusu Vladislav Sausla oyun zamanı toqquşduqdan sonra huşunu itirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Məmmədov xüsusi avtomobillə Sankt-Peterburqdakı xəstəxanalardan birinə aparılıb.

Məsələ ilə bağlı danışan "Neftçi"nin məşqçisi İqor Getman Aqil Məmmədovun özünə gəldiyini bildirib:

"Aqil Məmmədov özünə gəlib. İndi xəstəxanadadır, tomoqrafiya olacaq. Amma həkimlər ciddi bir şey olmadığını söyləyiblər".

Qeyd edək ki, ötən gün "Neftçi" "Matç TV" turniri çərçivəsində "Zenit"lə qarşılaşıb və Piter təmsilçisi "ağ-qaralar"ı 3-1 məğlub edib.


Etiketlər:  Zenitlə oyun Məmmədov toqquşmada huşunu itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ