Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eyfel qülləsi dağılır?

Eyfel qülləsi dağılır?

Tarix: 4 Iyul 2023 07:54

Fransanın "Marianne" jurnalı Eyfel qülləsinin texniki vəziyyətini araşdırıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, araşdırma məşhur tikilinin vəziyyətinin ürəkaçan olmadığını ortaya qoyub. 

Təhqiqat zmanı məlum olub ki, tikildikdən bəri vaxtaşırı aparılan boyalama işləri 135 yaşlı metal konstruksiyanı artıq qoruya bilmir. Ümumilikdə 20 dəfə aparılmış boyalama işlərində hər dəfə fərqli tərkibə malik maddələrdən istifadə edilib. Pas bütünlükdə metalı örtdüyü üçün yeni boyama da səmərə verməyəcək. 
Ekspertlərin fikrincə, yaxşı nəticə əldə etmək və tikilinin ömrünü uzatmaq üçün konstruksiyanın səthindəki bütün boya tökülməli, metalın üzərində korroziya əleyhinə tədbir görülməlidir. Hazırki boyama zamanı səthin 30%-nin boyası tam çıxarılmalı olsa da, işlərin cəmi 5%-i görülüb. Boyamaya 60 milyon avro vəsait ayrılıb. Bütün işlər 2024-cü ildəki olimpiya oyunlarınadək başa çatmalıdır.

Qəzetə müsahibə verən ekspertlərdən bildirilər ki hazırki boyama yalnız ayıbları örtmək üçündür. Əsaslı boyama 2030-cu ilə nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Eyfel qülləsi dağılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ