Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2023 19:14
Bu ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10 milyon 10 min 997 dollara bərabər olub.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin iyun ayında Türkiyə 1 milyon 659 min 501 dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 15,6 faiz azdır" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 20 milyon 422 min 628 dollar məbləğində hazır geyim ixrac edib.