Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 38 nəfər yaralanıb

Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 38 nəfər yaralanıb

Tarix: 4 Iyul 2023 22:02

Rusiyanın Xarkov vilayətinin Pervomayskiy şəhərini atəşə tutması nəticəsində 38 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorunun ofisi məlumat yayıb. Bildirilib ki, yaralananlar arasında biri üç aylıq körpə olmaqla 12-si uşaqdır.

Xarkov regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, hücum nəticəsində 8 mərtəbəli binanın pəncərələri sınıb, 4 avtomobil alışıb, 1 avtomobilə isə ziyan dəyib. Xilasedicilərin ərazidə fəaliyyətlərini davam etdirdikləri qeyd olunub.

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermakın sözlərinə görə, Rusiya əraziyə yüksək partlayıcılıq qabiliyyəti olan mərmi atıb.

Milli.Az


Etiketlər:  Rusiyanın Xarkovu atəşə tutması nəticəsində nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ