Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaraciyəri məhv edən üç qida əlavəsi

Qaraciyəri məhv edən üç qida əlavəsi

Tarix: 4 Iyul 2023 22:33

Dietoloq Meri Sabat qaraciyəri məhv edə bilən üç qida əlavəsini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dietoloq bildirir ki, bəzi qid əlavələrinin yarada biləcəyi potensial risklərdən xəbərdar olmaq vacibdir.

1. Aloe vera 

Aloe veranın tərkibindəki antrakinonlar kimi bəzi inqrediyentlər zamanla qaraciyərə zərər verə bilən işlədici xüsusiyyətlərə malik ola bilər. Əgər artıq qaraciyər xəstəliyiniz varsa və ya aloe vera ilə qarşılıqlı təsir göstərə biləcək dərmanlar qəbul edirsinizsə, həkiminizlə məsləhətləşin.

2. Qara kohoş bitkisi

Tez-tez menopoz əlamətlərini aradan qaldırmaq üçün istifadə olunur. Sarılıq, tünd sidik və ya qarın ağrısı kimi simptomlarla qarşılaşsanız, istifadəni dayandırın və həkimə müraciət edin.

3. Kaskara bitkisi

Bu bitki uzun müddət və ya həddindən artıq istifadə edildikdə qaraciyərin zədələnməsinə səbəb ola bilər. Yalnız təsadüfi və qısa müddətli qəbizliyi aradan qaldırmaq üçün maksimum həftədə bir dəfə olmaqla istifadə edin. Qarın ağrısı, dərinin və ya gözlərin sararması kimi simptomlarla qarşılaşsanız, istifadəni dayandırın və həkimə müraciət edin.

Milli.Az


Etiketlər:  Qaraciyəri məhv edən üç qida əlavəsi


RƏYLƏR