Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Xanımı Anar Nağılbaza qarşı düz etmədi"

Tarix: 5 Iyul 2023 01:25

"Anar Nağılbaz heç bir konsertə pulsuz çıxmırdı. Gəlirdi, səhnəyə çıxmazdan əvvəl pulunu alırdı. Pulu almadan oxumurdu. Sponsorlar ona yaxşı pul verirdi. Hərdən konsertlərdə ona zərfdə yüksək məbləğlər göndərilirdi. O da həmin pulları kasıblara paylayırdı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Cəmilə Hüseynova "O üz" verilişində deyib. O, dostu, mərhum reper Anar Nağılbazla bağlı sualları cavablandırıb. 

Nağılbazın vəfatından danışan Cəmilə "Anar ölməyəcəkdi, çox stres keçirtdi. Demişdi ki, Amerikaya gedək, orada danışmışam, çalışaraq. Biz sənədləri hazırladıq, səfirlik geri çevirdi. Üstündən 6-7 ay keçdik, bir də müraciət etdik. Stresdən yenə yaxşı cavab vermədi səfirə və geri çevrildi. Amerika səfəri alınsaydı, Anar yaşayacaqdı. Deyirdi, dərddən, bəladan uzaqlaşmaq istəyirəm" sözlərini əlavə edib. 

O, Nağılbazın sevgi həyatından söz açıb:

"Həyat yoldaşı ona qarşı düz etmədi. Qısqanclıq buna çatdırdı. Bəlkə də Anjelika indi peşmandır. Sənət adamını qısqanmaq olmaz. İki övladı var... Xanımından ayrılandan sonra sevgilisi var idi, İsraildə yaşayırdı. Elə sevirdi onu. O eşqlə yaşayırdı ki, qızla görüşəcəklər.

Atası ona dəstək olsaydı, həyatı başqa cür olardı. Anası Anarın yanında olub hər zaman".

Milli.Az


Etiketlər:  Xanımı Anar Nağılbaza qarşı düz etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ