Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 18:58
Qaradağ rayonu Qobustan qəsəbəsinin sakinlər iddia edir ki, zavoddan çıxan qara tüstü ətrafı bürüyür və yaxınlıqda yaşayan ailələrin həyat şəraitini çətinləşdirir.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə ildir bu şəkildə davam edir.
Sakinlər iddia edir ki, bir neçə müddət zavod filterlərdən istifadə etdiyi üçün ətrafda tüstü olmurdu. Lakin, sonradan vəziyyət yenə əvvəlki halına qayıdıb.
Qəsəbə sakinlərinin tələbi zavodun bağlanması deyil. Onlar sadəcə evlərinin üzərinə gələn tüstünün qarşısının hansısa yolla alınmasını tələb edirlər.
"Xəzər Xəbər" məsələ ilə bağlı açıqlama almaq üçün adı çəkilən zavoda gedib."
Bildirildi ki, bura uzun illərdir fəaliyyət göstərir və qaydaya uyğun olaraq havanın kirlənməməsi üçün bir neçə toz tutan qurğudan istifadə edilir.
"Lakin, bütün iş ağır metallarla aparıldığı üçün tüstü qaçılmazdır."
Həmçinin qeyd edildi ki, vətəndaşlar zavodun sanitar karantin zonasında qanunsuz olaraq məskunlaşıblar. Yəni əslində həmin ərazidə yaşayış evi inşa etmək olmaz.
Elə sakinlərin özləri də burada qanunsuz məskunlaşdıqlarını etiraf etdilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.