Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2023 11:44
İtaliyanın Milan şəhərində yerləşən qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan xəsarət alıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Bildirilir ki, gecə saatlarında başlayan yanğının söndürülməsi səhərə qədər davam edib.
Qocalar evində olan 160 nəfərdən 81-i xəstəxanalara yerləşdirilib, həmin şəxslərdən 2 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hadisə ilə bağlı araşdırma aparılır.