Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan XƏBƏRDARLIQ - Şərqi Avropadakı nüvə obyektlərini...

Rusiyadan XƏBƏRDARLIQ - Şərqi Avropadakı nüvə obyektlərini...

Tarix: 9 Iyul 2023 22:52

"Smolensk Atom Elektrik Stansiyasına (AES) NATO raketləri ilə hücum cəhdi edilərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib.

"Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna AES, Rovno AES və Xmelnitski AES-ə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərinə eyni vaxtda zərbə endirməsi ssenarisini nəzərdən keçirmək lazımdır. Artıq burada çəkinməli bir şey yoxdur"- deyə, o qeyd edib.

Bazar günü bəzi teleqram kanallarında Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk AES-ə raketlərlə hücum etmək istəməsi ilə bağlı xəbərlər yayılıb.

Milli.Az


Etiketlər:  Rusiyadan XƏBƏRDARLIQ Şərqi Avropadakı nüvə obyektlərini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ