Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 07:54
Sankt-Peterburqun "Zenit" klubu "Pari Premyer Kuboku" mövsümöncəsi beynəlxalq futbol turnirinin üçüncü oyununda Türkiyənin "Fənərbaxça"sını penaltilər seriyasında məğlub edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, görüş bazar günü Sankt-Peterburqdakı "Qazprom Arena"da keçirilib.
Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyası 4-3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Zenit" turnirdə "Neftçi"ni 3-1 hesabı ilə məğlub edib., Serbiyanın "Srvena Zvezda"sına isə uduzub (1:2).
Peterburq klubu turnirin qalibi olmaq şansını itirib. "Fənərbağça" isə daha iki oyun keçirəcək, iyulun 12-də "Srvena Zvezda", 15-də "Neftçi" ilə qarşılaşacaq.