Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Taxılın qiyməti UCUZLAŞIB... - Fermerlər qorxu içində... - VİDEO

Taxılın qiyməti UCUZLAŞIB... - Fermerlər qorxu içində... - VİDEO

Tarix: 10 Iyul 2023 13:44

Taxıl biçini qabağı bəzi fermerlər məhsula alıcı tapmaq və onu rentabelli qiymətə satmaq çətinliyi ilə üzləşiblər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şəmkirli fermer Şahin Cəfərov deyir ki, əksər kiçik təsərrüfatlar eyni problemlə üz-üzə qalıb.

Fermerin sözlərinə  görə, yaranmış vəziyyətə son illərdə ölkədə əkin sahələrinin plansız şəkildə artırılması səbəb olub. Belə ki, əkinlərin hansı mənbələr hesabına artırılması ilə bağlı düzgün planlama aparılmayıb.

Şahin Cəfərov deyir ki, yaranmış vəziyyətdən daha çox ailə kiçik təsərrüfatları əziyyət çəkir. Çünki onlar intensiv təsərrüfatlara şamil olunan bir sıra dəstək mexanizmlərindən yararlana bilmirlər.

Məsələ ilə bağlı KTN-dən bildirildi ki, qurum fermerin məhsulunun qiymətləndirilməsi satışında bilavasitə iştirak etmir. Dövlət Ehtiyatları Agentliyindən isə bildirilib ki, məsələ agentlik tərəfindən araşdırlıb. "Dövlət Taxıl Fondu"na taxılın tədarükü müəyyən tələblərə əsasən həyata keçirilir.

Həmin elanda göstərilən keyfiyyət göstəricilərinə uyğun gələn məhsul sahibi olan istehsalçı məhdudiyyət qoyulmadan Dövlət Ehtiyatları Agentliyinə müraciət edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Taxılın qiyməti UCUZLAŞIB Fermerlər qorxu içində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ