Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2023 15:54
İtaliya demoqrafik problemlə üzləşə bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölkə əhalisinin 2070-ci ilə qədər indiki 59 milyondan 47,2 milyonadək azalması gözlənilir.
Odur ki, İtaliyanın demoqrafik gələcəyi kifayət qədər qaranlıq görünür. Heç bir dəyişiklik olmadığı halda yaxın onilliklərdə İtaliya əhalisinin sayı 1/4-ə qədər azalacaq.
Ölkə hökumət başçısı Corcia Meloninin sözlərinə görə, doğum səviyyəsini artırmaq üçün mümkün olan hər şeyi etmək lazımdır. Əhalinin azalmasının 1993-cü ildən başladığını və o vaxtdan bəri hər il qeydə alındığını nəzərə alsaq, demoqrafik siyasətə yenidən baxılmalıdır.