Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putinə qarşı müharibəyə hazırıq!''

''Putinə qarşı müharibəyə hazırıq!''

Tarix: 11 Iyul 2023 09:18

NATO ölkələri Rusiya ilə müharibə olacağı təqdirdə plan üzrə razılığa gəliblər.

Milli.Az xəbər verir ki, beş diplomatın Reuters agentliyinə verdiyi məlumata görə, NATO Rusiyanın alyans ölkələrindən birinə hücum edəcəyi təqdirdə müdafiə planı ilə bağlı razılığa gəlib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, NATO-nun Vilnüs sammitinin başlamasına bir gün qalmış onlar daha əvvəl alyansın planla razılaşmasına mane olan Türkiyənin blokadasından çıxa biliblər. Bir mənbə Reuters agentliyinə bildirib ki, Ankara güzəştə getməli olub. O əlavə etdi ki, ittifaq üçün hər şey "çox yaxşı oldu".

NATO onilliklər ərzində hücum zamanı fövqəladə vəziyyət planı hazırlamağa ehtiyac görmürdü, amma indi Şimali Atlantika Alyansının sərhədlərində, Ukraynada İkinci Dünya Müharibəsi başa çatdığı gündən Avropada ən qanlı müharibəsi yaşanır. Blok ölkələri belə qənaətə gəldilər ki, Rusiya ilə mümkün qarşıdurmaya hərbi əməliyyatlar başlamazdan xeyli əvvəl hazırlaşmaq lazımdır.

Vilnüsdə keçirilən sammitin nəticəsi olaraq blok liderləri ölkələrin hər birində NATO birləşmələrinin sayının 4-5 minə (ümumilikdə 32-40 min nəfər) çatdırılması qərarını təsdiqləməlidirlər.

Milli.Az


Etiketlər:  Putinə qarşı müharibəyə hazırıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ