Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi: Həmin sürücülərlə müqaviləyə xitam verildi

BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi: Həmin sürücülərlə müqaviləyə xitam verildi

Tarix: 11 Iyul 2023 15:48

Beynəlxalq Qızıl Xaç Komitəsi "Laçın" dövlət sərhəd buraxılış məntəqəsində onlara aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri ilə bağlı açıqlama yayıb.

Milli.Az bildirir ki, açıqlamada deyilir:

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir. BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan
Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.

Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti
müqavilələrə dərhal xitam verilib.

Bizim Laçın yolu boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar
fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".

Xatırladaq ki, "Laçın" sərhəd buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdı.

Milli.Az


Etiketlər:  BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi Həmin sürücülərlə müqaviləyə xitam verildi


RƏYLƏR