Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıdakı pulsuz çimərliklərin SİYAHISI

Bakıdakı pulsuz çimərliklərin SİYAHISI

Tarix: 11 Iyul 2023 23:30

İsti havaların gəlməsi ilə insanlar sərinləmək və istirahət üçün çimərliklərə üz tuturlar. Bakı şəhərinin sahil kənarı ərazilərində yaradılan ictimai çimərliklər pulsuz fəaliyyət göstərir.

Milli.Az lent.az-a istinadən paytaxta yerləşən pulsuz çimərliklərin siyahısını təqdim edir:

Abşeron yarımadasının Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində, Səbail rayonunda, "Şıx" çimərlik ərazisində - ümumilikdə 6 yerdə pulsuz çimərliklər fəaliyyət göstərir. Bu çimərliklər paytaxtın dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzlərinə və çimərliklərə alternativ olaraq yaradılıb.

Adı çəkilən çimərliklərdə pulsuz xidmət göstərilməsi Bakı sakinlərinin istirahət etməsi üçün əlverişli məkanlardır.

Çimərlik mövsümü açılmadan öncə bu ərazilərdə yeni qum qatı salınıb, inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar hazır vəziyyətə gətirilib. Bu çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar da var.

Həmçinin Şıx" və Sahil çimərliklərində əlillərin dənizdə çimməsinə kömək üçün dənizin içinə xüsusi beton zolaq çəkilib.

Milli.Az


Etiketlər:  Bakıdakı pulsuz çimərliklərin SİYAHISI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ