Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb

Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb

Tarix: 13 Iyul 2023 10:00

Astara sakinində tapança və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Astara sakinində tapança psixotrop maddə aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ