Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO

Niyam: “25 manatınızı mənə xərcləmək istəmirsiniz?” - FOTO

Tarix: 14 Iyul 2023 10:45

Xəbər verdiyimiz kimi, müğənni Niyam Salaminin rəhbərlik etdiyi Novxanıda yerləşən istirahət mərkəzində alınan yüksək hesabın fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi restoranında ümumi hesabın 25 faizinin xidmət haqqı kimi tutulması ilə bağlı yazılan mənfi rəylərə sosial şəbəkə hesabında münasibət bildirib.  

"Buraya gələnlər zəng edir və onlara bütün şərtlər izah olunur. Hər gün üç masa da olsa, ansambl ilə canlı ifalar təqdim edəcəyəm.

Mən hər şeylə maraqlanıram, şikayətlərə də qulaq asıram. Məsuliyyəti üzərimə götürmüşəm. Sizin hesabınız 100 AZN tutursa, 25 manatını Niyama xərcləmək istəmirsiniz?", - deyə Niyam vurğulayıb. 

Milli.Az


Etiketlər:  Niyam 25 manatınızı mənə xərcləmək istəmirsiniz FOTO


RƏYLƏR