Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2023 09:40
Səhər saatlarında Bakı metrosunun "İçəri Şəhər" stansiyasında insident baş verib.
Bu barədə Day.az-a hadisə şahidləri məlumat verib.
Şahidlərin sözlərinə görə, metronun eskalatoruna qadın sərnişinlərdən birinin çantasının dəmir bağı ilişib.
Hadisə baş verən an ekskalatorun hərəkəti avtomatik dayanıb. Stansiya əməkdaşları eskalatorun hərəkətini bərpa etmək üçün işə başlayıblar. Məlumata görə, xəsarət alan yoxdur.