Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Günəşdə 3 böyük partlayış baş verdi

Günəşdə 3 böyük partlayış baş verdi

Tarix: 17 Iyul 2023 07:02

Bazar günü Günəşdə M sinfinə aid üç güclü partlayış qeydə alınıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofizika xidməti məlumat yayıb.

İnstitutun məlumatına görə, partlayışlardan biri Yer kürəsində qısa dalğalı radiorabitənin pozulmasına səbəb olub.

İyulun 16-da Moskva vaxtı ilə saat 11:26-da (Bakı - 10.26) alimlər 14 dəqiqə davam edən M 1.1 sinifli partlayış qeydə alıblar. Partlayış Yerdə kürəsində qısa dalğalı radiorabitənin kəsilməsi ilə müşayiət olunub.

Moskva vaxtı ilə saat 18:08-də (Bakı 17.08) və 20:46-da (19.46) Günəşdə müvafiq olaraq M 1.8 və M 4.0 sinifli daha iki alışma baş verib.

Qeyd edək ki, Günəşdə partlayışlar gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.


Etiketlər:  Günəşdə böyük partlayış baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ