Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkədə temperatur 52 dərəcəni keçdi

Bu ölkədə temperatur 52 dərəcəni keçdi

Tarix: 17 Iyul 2023 22:38

Çində rekord istilər qeydə alınıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin Sincan-Uyğur muxtar rayonu ərazisində termometrlər 52,2 dərəcəni göstərib.

İyun ayından etibarən Çinin şimal hissəsində anomal istilər müşahidə olunur.

Bu dövrdə beş isti hava dalğası qeydə alınıb.

Hazırda Çində son 60 ilin ən çoxsaylı isti günləri hökm sürür.

Paytaxt Pekində iyunun əvvəlindən bəri havanın temperaturu 18 gün 35 dərəcəni, 4 gün isə 40 dərəcəni ötüb.

Milli.Az


Etiketlər:  Bu ölkədə temperatur 52 dərəcəni keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ