Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 00:45
Həkimlər pəncərələri açıq maşın sürməyin zərərlərindən danışıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu vərdiş sağlamlığa zərərdir.
İsti havalarda bir çox sürücü açıq pəncərələri olan avtomobilə minməyə üstünlük verir, lakin bu, bədənin vəziyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssislərin sözlərinə görə, bu vərdişlə sürücü daim işlənmiş qazlarla nəfəs alır. Bu da gələcəkdə ciddi sağlamlıq problemləri yarada, xüsusən də ürək-damar və sinir sistemlərinin xəstəliklərinə səbəb ola bilər.
Tıxaclarda bunu etmək xüsusilə təhlükəlidir, çünki avtomobilin salonuna hava ilə yanaşı dəm qazı, karbohidrogenlər, aldehidlər, kükürd qazı, orqanizm üçün təhlükəli olan maddələr də daxil olur.
Bundan əlavə, işlənmiş qazların tez-tez inhalyasiyası ürək və damar xəstəliklərinə, nəfəs darlığına, başgicəllənməyə səbəb ola bilər. İşlənmiş qazları ilə müntəzəm olaraq nəfəs alan bir insan tez-tez özünü pis hiss etməkdən şikayətlənəcək, qıcıqlanacaq.
Həkim pəncərələri açmaq əvəzinə kondisioneri işə salmağı tövsiyə edir. Xüsusən də avtomobillərin hərəkətinin intensiv olduğu yollarda bunu etmək məsləhət görülür.