Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2023 12:54
Bir neçə gün əvvəl Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərində yol kənarlarında parklanmaya görə ödənişlər müəyyən edildi.
Sonxeber.net xəbər verir ki, yeni qaydalar iyulun 25-dən qüvvəyə minəcək.
Lakin Bakının mərkəzində və digər ərazilərdə parkinqlərlə bağlı hər hansı yenilik nəzərə çarpmır, illərdir yığılıb qalan bu problemin birdən-birə həll edilməsi ilə bağlı əhalidə də demək olar ki, ümid yoxdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təyin edilmiş vaxtdan etibarən parklanmaya görə nağd ödənişin qəbul edilməyəcəyi bildirilsə də, bu istiqamətdə hər hansı işin getdiyini söyləmək olmaz.
APA TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik.