Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dənizdə uşaq batıb - Axtarış aparılır

Dənizdə uşaq batıb - Axtarış aparılır

Tarix: 19 Iyul 2023 09:28

Pirşağı çimərliyində dənizdə uşaq batıb.

Milli.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Milli.Az


Etiketlər:  Dənizdə uşaq batıb Axtarış aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ