Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2023 21:24
"Sabah"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, Bakı klubu bu raundda Latviyanın RFŞ komandası ilə üz-üzə gələcək.
Latviya təmsilçisi I təsnifat mərhələsinin cavab görüşündə Şimali Makedoniyanın "Makedoniya" kollektivinə 4:1 hesabı ilə qalib gəlib. Meydan sahibləri ilk görüşdə də rəqibini üstələmişdi - 1:0.
Qeyd edək ki, "Sabah" RFŞ-ə qarşı ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.