Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alleqri daha 1 il “Yuventus”da

Alleqri daha 1 il “Yuventus”da

Tarix: 17 Aprel 2019 12:00

“Yuventus”un baş məşqçisi Massimilano Alleqri Turin klubu ilə yeni müqavilə imzalayacaq.

Qol.az xəbər verir ki, bunu italiyalı mütəxəssis Çempionlar Liqasının 1/4 finalının “Ayaks”la cavab oyunundan (1:2) sonra UEFA-nın saytına açıqlamasında deyib.

“Bir neçə gün bundan əvvəl klub prezidenti ilə danışdım. Daha bir il “Yuventus”da qalacağam. Artıq gələn mövsümü planlaşdırırıq” - deyə Alleqri bildirib.

Qeyd edək ki, 2014-cü ildən Turin klubunu çalışdıran 51 yaşlı məşqçinin mövcud müqaviləsi 2020-ci ilin yayına qədərdir.

 

 


Etiketlər:  Alleqri daha Yuventusda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ