Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2023 14:32
İkinci Dünya Müharibəsindən sonra Polşanın müstəqilliyi əsasən SSRİ-nin sayəsində bərpa edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi müşavirədə bildirib.
Putin indiki Polşanın qərb ərazilərini "Stalinin polşalılara hədiyyəsi" adlandırıb.
Onun sözlərinə görə, Polşa-Litva-Ukrayna hərbi birliyinin Ukraynanın sonrakı işğalı üçün istifadə edilməsi planlaşdırılır.
"Polşa liderləri, görünür, NATO çətiri altında koalisiya qurmağı, Ukraynadakı münaqişəyə müdaxilə etməyi və daha yağlı bir parça qoparmağa ümid edirlər. Polşa Belarusun da torpaqların bir hissəsini almaq istəyir", deyə Rusiya prezidenti vurğulayıb.