Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz Ermənistan yığmasını darmadağın etdi

Millimiz Ermənistan yığmasını darmadağın etdi

Tarix: 21 Iyul 2023 19:12

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun oyunları davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92-58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib.

U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 19:30 -da baş tutacaq və FIBA-nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.

Milli.Az


Etiketlər:  Millimiz Ermənistan yığmasını darmadağın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ