Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər var

Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb, ölənlər var

Tarix: 22 Iyul 2023 14:10

Kolumbiyanın Arauka departamentində yerləşən Naranjitos hərbi bazası yaxınlığında partlayıcı maddələrin olduğu avtomobil partladılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu departamentin qubernatoru Uilinqton Rodriqes Benavides tviter səhifəsində yazıb.

"Tame bələdiyyəsindən San-Salvador istiqamətində yola düşən zaman partlayıcı maddə olan avtomobil Naranjitos hərbi bazasına çatmamış partlayıb. Nəticədə avtomobildə olan 2 nəfər ölüb, 4 hərbçi yaralanıb. Yaralananların vəziyyəti stabildir", - o bildirib.

Qubernatorun sözlərinə görə, hazırda bu terror aktının təşkilatçıları barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Kolumbiyada hərbi baza yaxınlığında avtomobil partladılıb ölənlər var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ