Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2023 18:22
Rusiya paytaxtında ticarət mərkəzində partlayış olub, ölənlər var.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat yayıb.
Hadisə Moskvada "Vremena Qoda" ticarət mərkəzində qeydə alınıb. Belə ki, qaynar su borunun partlaması nəticəsində 4 nəfər ölüb.
Ölənlərin meyitləri ticarət mərkəzinin içərisində tapılıb. Daha 9 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı deyilir.