Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2023 18:00
Astronomlar NASA-nın Transiting Exoplanet Tracking Satellite (TESS) ilə yeni "super-Yer" ekzoplanetinin kəşf edildiyini elan ediblər.
Sonxeber.net musavat.com-a istinadla xəbər verir ki, "TOI-1680 b" adlandırılan ekzoplanet Yerdən təxminən 50 faiz böyük olan və dünyadan təxminən 120 işıq ili uzaqlıqda yerləşən M tipli cırtdan ulduzun ətrafında fırlanır.
"TOI-1680 b"in Yerin radiusundan 1,46 dəfə geniş olduğu təxmin edilir və kütləsi Yerin kütləsinin təxminən 3,18 qatına bərabərdir.
Qeyd edək ki, TESS tranzit ekzoplanetləri axtarmaq üçün Günəşə yaxın, ən parlaq 200 min ulduzu axtarır. İndiyədək 6700-ə yaxın ekzoplanetin tapıldığı güman edilib, onlardan 363-ü təsdiqlənib.