Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 nəfər balıqdan ZƏHƏRLƏNDİ

3 nəfər balıqdan ZƏHƏRLƏNDİ

Tarix: 23 Iyul 2023 22:00

Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.

Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.

Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-a müraciət ediblər.

Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub.

Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.

Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.

Milli.Az


Etiketlər:  nəfər balıqdan ZƏHƏRLƏNDİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ