Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahnaz Haşımovanın səhhəti necədir?

Şahnaz Haşımovanın səhhəti necədir?

Tarix: 24 Iyul 2023 18:25

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Sonxeber.net bildirir ki, sənətkarın sağlamlıq vəziyyətinin hazırda necə olması haqda məlumat əldə etmək üçün bizim.media-nın əməkdaşı Şahnaz xanımla əlaqə saxlayıb.

Xalq artistinin nəvəsi bildirib ki, o, hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirir:

"Şahnaz xanım mütəmadi olaraq həkim nəzarətindədir. Müalicələri davam edir. Səhhəti ilə bağlı ciddi təhlükə yoxdur. İki gün sonra yenidən müayinələrdən keçəcək. Əgər həkim icazə versə o, xəstəxanadan buraxılacaq. Müalicəsini isə Kardioloji Sanatoriyada davam etdirəcək".

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirir.


Etiketlər:  Şahnaz Haşımovanın səhhəti necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ