Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Elməddin Fərdadan çox qonorar alır"

Tarix: 27 Iyul 2023 19:30

"İslam güldürmür, heyrətləndirir. Onda xoşuma gələn xüsusiyyətlər var: tez-tez oxumağı, şeir deməyi. Müşfiq Şahverdiyev isə daha çox güldürür".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Səhər mərkəzi" verilişində deyib. Komediya aktyorları haqda sualları cavablandıran Elməddin tamaşaçını Müşfiq Şahverdiyevin daha çox güldürə bildiyini açıqlayıb.

E.Cəfərov "Tək səbr", yoxsa "Bacanaqlar"a qayıtmaq istəyərdin" sualına "Geriyə baxmağı sevmirəm. Nə "Tək səbir", nə də "Bacanaqlar"a qayıtmaq istəyirəm. Bunlardan utanmıram, əksinə Azərbaycanda ən çox reytinq verən"Tək səbr" idi. Ölkədə 50 reytinq var idi, 38,5 "Tək səbr" idi. Qarşıda daha yaxşı uğurlar var" cavabını verib.

Qonorarı haqda deyilən "Sən, yoxsa Fərda Xudaverdiyev yüksək qonorar alır" sualına aktyor cavab vermək istəməyib. O, aparıcı Tural Əsədovun "Əlbəttə, Elməddin" sözünə isə "Dəliyəm, özümü deyim? Baxır təklifə" reaksiyasını verib.

Milli.Az


Etiketlər:  Elməddin Fərdadan çox qonorar alır


RƏYLƏR