Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: “Qarabağ”ın hücumçusu bombardirlik yarışına başçılıq edir

Çempionlar Liqası: “Qarabağ”ın hücumçusu bombardirlik yarışına başçılıq edir

Tarix: 27 Iyul 2023 19:46

"Qarabağ"ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlik yarışına başçılıq edir.

Milli.Az report-a istinadən xəbər verir ki, aktivində dörd qolu olan albaniyalı hücumçu ən sərrast oyunçuların siyahısında birincidir.

25 yaşlı futbolçu birinci raundda Cəbəllütariq "Linkoln"unun, ikinci təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına iki dəfə yol tapıb.

İslandiya "Breydablik"indən Hösküldür Günleqsson, İsrailin "Makkabi" (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya "Slovan"ından Vladimir Vayss və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Luka İvanuşets hərəyə üç qolla ikinci və beşinci yerləri bölüşdürürlər.

"Qarabağ" isə bu mövsüm ÇL-də ən çox qol (8 qol) vuran ikinci komandadır. "Köhlən atlar" bu göstəricidə yalnız "Breydablik"dən (10 qol) geri qalır.

Qeyd edək ki, Azərbaycan çempionu ikinci təsnifat mərhələsinin ilk oyununda Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun ikisində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Qarabağın hücumçusu bombardirlik yarışına başçılıq edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ