Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 12:24
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən Fərmanın 1-ci hissəsinin "İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti" və "Tahir Salahov - Xalq rəssamı" abzasları ləğv edilib.