Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTO

Təzə üyüdülmüş, yoxsa hazır qəhvə? - Həkim sevimli içki barədə miflərə son qoydu - FOTO

Tarix: 30 Iyul 2023 10:36

Müasir dövrdə qəhvə ən çox istifadə edilən içkilərdən birinə çevrilib. Bir çoxları hesab edirlər ki, qəhvə təzyiqi qaldırır. Bəzi insanlar isə təzə üyüdülmüş qəhvədən fərqli olaraq, hazır qəhvə tozunun faydasız olduğu qənaətindədirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı kardioloq German Qandelman bu deyilənlərə aydınlıq gətirib.

Onun sözlərinə görə, qəhvənin təzyiqə təsiri barədə deyilənlər yanlışdır.

"Qəhvə içdikdən sonra ürək döyüntüləri bir qədər çoxala bilər ki, bu da təzyiqin müvəqqəti və əhəmiyyətsiz dərəcədə artmasına səbəb olur. Bununla belə, içki sidikqovucu təsirə malikdir. Beləliklə, uzun müddətli perspektivdə əks təsiri görünür: İdrar yolu ilə mayenin təbii itkisi baş verir və qan təzyiqi aşağı düşür", - deyə mütəxəssis bildirib.

G.Qandelman hazır qəhvə tozu ilə təzə üyüdülmüş qəhvə arasında fərqi də izah edib. Onun sözlərinə görə cəmiyyətdə hazır qəhvə tozu yaxşı hesab olunmur, təzə üyüdülmüş qəhvəyə üstünlük verilir. Əslində, hazır qəhvə dənəvər olanları ilə eynidir, yalnız daha mürəkkəb bir şəkildə əldə edilir - təmizlənir, qaynadılır, buxarlanır, qurudulur.

Mütəxəssis hazır qəhvə tozunun orqanizmə xeyri olmadığı barədə deyilənləri təkzib edib.

"Bir qayda olaraq, qəhvə gümrahlıq üçün içilir. Bu vəziyyətdə hazır qəhvə tozu təzə üyüdülmüşündən zəif qalır. Biz enerjini kofeindən alırıq. Beyin fəaliyyətini artırır, daha aktiv oluruq, daha yaxşı düşünürük. Hazır və təzə üyüdülmüş qəhvə arasında kofein tərkibini müqayisə etsək, bu, bişən qəhvədə 1,5 dəfə çoxdur (hazır qəhvə tozunda 26 milliqram, təzə üyüdülmüşdə 40 milliqram)", - deyə mütəxəssis bildirib.

Bununla belə, bəzi hallarda hazır qəhvə tozu təzə üyüdülmüşdən daha faydalıdır:  

"Vacib bir nüans var. Qəhvə çərdəklərinin tərkibində kafestol var. Müntəzəm qəhvə istehlakı ilə bu maddənin xolesterol səviyyəsini 8-10% artırdığı sübut edilib. Buna görə aterosklerozun inkişaf riski artır. Ancaq hazır qəhvə tozunun tərkibində kafestol çox cüzidir (təzə dəmlənmiş qəhvədən 24 dəfə az). Buna görə də, əgər insanın ürək-damar xəstəlikləri varsa, o, hazır qəhvə tozuna üstünlük verməlidir", - deyə G.Qandelman sözlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Təzə üyüdülmüş yoxsa hazır qəhvə Həkim sevimli içki barədə miflərə son qoydu FOTO


RƏYLƏR