Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ordusu: Son gün ərzində Rusiya 480 hərbçi itirib

Ukrayna ordusu: Son gün ərzində Rusiya 480 hərbçi itirib

Tarix: 30 Iyul 2023 19:22

"Ukrayna ordusu ötən gün ərzində Rusiya ordusunun daha 480 hərbçisini məhv edib".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukdakı hesabında bildirib.

Qeyd edilir ki, müharibənin başlanğıcından bu günə kimi Rusiya təxminən 245 700 canlı qüvvəsini itirib.

Məlumata görə, müharibənin başlandığı 24 fevral 2022-ci ildən bu günə kimi Rusiya ordusunun ümumi döyüş itkiləri belədir: şəxsi heyət - təxminən 245 700 nəfər; tanklar - 4 205 ( son gündə daha 14 tank) ədəd; zirehli döyüş maşınları - 8 178 (+11) ədəd; artilleriya sistemləri - 4 795 (+9) ədəd; MLRS (reaktiv yaylım atəş sistemləri) - 698 (+0) ədəd; hava hücumundan müdafiə sistemləri - 459 (+1) ədəd; təyyarə - 315 ədəd; helikopterlər - 311 ədəd; PUA-lar - 4011 (+4) ədəd; qanadlı raketlər - 1 347 ədəd.

Milli.Az


Etiketlər:  Ukrayna ordusu Son gün ərzində Rusiya 480 hərbçi itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ