Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı milyarderin beşulduzlu oteli ƏLƏ KEÇİRİLDİ - FOTO

Rusiyalı milyarderin beşulduzlu oteli ƏLƏ KEÇİRİLDİ - FOTO

Tarix: 30 Iyul 2023 22:30

Rusiyalı milyarder Vladimir Yevtuşenko elektrik komponentlərinin istehsalı üzrə şirkətə gizli nəzarət edir və Çexiyada otellərin sahibidir. Rusiyada onun şirkətləri silahlı qüvvələr üçün silah sistemləri istehsal edir və təchiz edir.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "ct24" məlumat yayıb.

Qeyd edilib ki, oliqarx Jevtuşenko iyunun sonunda Çexiyanın sanksiyalar siyahısına daxil edilib. Onun Karlovı Varıdakı mülkü yarım milyard krondan çox qiymətləndirilir.

Ukraynanın işğalı günü Putinlə görüşdə iştirak edən Yevtuşenkonun Karlovı Varıdakı beşulduzlu "Savoy Westend" oteli Çexiyanın Maliyyə Analizi İdarəsi tərəfindən ələ keçirilib.

Ötən illərdə Rusiyanın mühüm siyasətçiləri, sənətçiləri və iş adamları ora gedirdilər. Onların bəziləri indi sanksiya siyahısındadır.

Otel hazırda məhdud rejimdə işləyir - yalnız iyunun sonuna kimi qalmağ haqqını ödəmiş şəxslər yerləşdirilir.

Otel rəhbərliyinin sözlərinə görə, işçilərin işini itirmək riski var.

Milli.Az


Etiketlər:  Rusiyalı milyarderin beşulduzlu oteli ƏLƏ KEÇİRİLDİ FOTO


RƏYLƏR