Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bekhemlərlə kral ailəsi arasında MÜNASİBƏTLƏR SOYUYUB?

Bekhemlərlə kral ailəsi arasında MÜNASİBƏTLƏR SOYUYUB?

Tarix: 31 Iyul 2023 07:16

Britaniyanın aristokrat ailələrindən hesab edilən Devid və Viktoriya Bekhemlər müntəzəm olaraq Bukingem Sarayına, o cümlədən mühüm mükafatlandırma gecələrinə dəvət olunurlar.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, ingilis mediası cütlüyün kral ailəsi ilə münasibətlərinin pisləşdiyini yazıb. Gizli mənbənin açıqlamasında qeyd edilib ki, kral ailəsinin üzvləri ilə Bekhemlər arasında telefon danışığı olub.

Şahzadə Harri və xanımı Meqan Markl ailədə baş verən xəbərləri Bekhemlərin kənara sızdırdığını iddia edib. Onlar deyiblər ki, özlərinin, kral ailəsinin digər üzvlərinin həyatlarının eksklüziv təfərrüatlarını mətbuata sızdırırlar.

İnsayderin dediyi kimi, Devid bu cür hücumlardan qəzəblənib və tərəflər arasında barışıq gözlənilmir:

"Bu, başa düşüləndir, ittihamlar daha ciddidir. Açığı, tamamilə əsassızdır: görkəmli dizaynerin və bir futbol klubunun sahibinin boş vaxtlarında jurnalistlərlə dedi-qoduları müzakirə etdiyini təsəvvür etmək çətindir".

Qeyd edək ki, Devid Harri ilə uzun illər yaxın dost olub. O, hətta Harri ailəsi ilə mübahisə yaşayanda ona dəstək olmuşdu.


Etiketlər:  Bekhemlərlə kral ailəsi arasında MÜNASİBƏTLƏR SOYUYUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ