Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcili yardım həkimləri xəstəni döydü - VİDEO

Təcili yardım həkimləri xəstəni döydü - VİDEO

Tarix: 31 Iyul 2023 08:46

Rusiyada təcili yardım həkimləri xəstəni döyublər. Onlar çağırışa gəldikləri yerdə yatan adamın üstünə su töküb, təpikləyiblər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər sosial şəbəkədə görüntüləri yayılan tibb işçilərinin davranışından hiddətləniblər.

Regional Səhiyyə Nazirliyi hadisəyə münasibət bildirib. Videoya çəkilən həkimlərin özəl təcili yardım maşınının işçiləri olduğu vurğulanıb.

"Hər halda, həmkarlarımızdan üzr istəyirik. Baş verənlər qətiyyən qəbuledilməzdir", - nazirlikdən qeyd olunub.

Məlumata görə, artıq xəstəni döyən həkimlər işdən uzaqlaşdırılıb. Hadisə ilə bağlı yoxlamalar başlanılıb.


Etiketlər:  Təcili yardım həkimləri xəstəni döydü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ