Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyindən kosmetoloqlara xəbərdarlıq

Səhiyyə Nazirliyindən kosmetoloqlara xəbərdarlıq

Tarix: 31 Iyul 2023 11:18

"Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar".

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bildirib.

O vurğulayıb ki, kosmetoloji xidmətlər insan orqanizminin örtük toxumalarına müdaxilə ilə müşayiət olunduğundan bu müəssisələr müvafiq tələblərə cavab verməlidirlər:

"Həmçinin, bu ali və ya orta ixtisas təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilməlidirlər.
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin ali tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər".

Milli.Az


Etiketlər:  Səhiyyə Nazirliyindən kosmetoloqlara xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ