Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2019 12:20
“Arsenal”ın baş məşqçisi Unai Emeri Məsut Özilin dalbadal beş matçda sifariş ərizəsinə salınmamasına münasibət bildirib.
Qol.az xəbər verir ki, keçirdiyi mətbuat konfransında o deyib: “Biz – klub və komanda vahid strategiyamıza sadiq qalırıq. Ən vacib olan komanda və onun oyunudur”.
Emeri bildirib ki, Özilin heyətə düşməməsi haqda qərar tək onun deyil, bütün klubundur: “Bilirəm ki, azarkeşlər bu haqda çox şey bilmək istəyir. Amma indi ondan (Özildən – red.) danışmaq vaxtı deyil”.
Emeri fikirlərinin bazar günü “Kristal Palas”a qarşı keçiriləcək oyuna yönəldiyini söyləyib.