Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 15:25
Əməkdar artist Rühəngiz Allahverdiyeva illər əvvəl üzündə keçirdiyi estetik əməliyyatından söz açıb.
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu haqda sənətçi "Maqazin plyus" verilişinə müsahibəsində danışıb.
R.Allahverdiyeva bildirib ki, həkimin naşı olması ucbatından üzünə vurduğu botoks fəsad verib:
"Üzümdə estetik müdaxilə olunmuşdu. Təəssüflər olsun ki, həkimin elədiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü.
İnsan bir şeyi bacarmırsa, o işə əl atmamalıdır. İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum".