Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 15:28
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 milyon 993 min elektron poçt emal edilib.
Xidmətdən verilən məlumata görə, onlardan 15 milyon 577 mini istifadəçilərə çatdırılıb.
"1 milyon 416 mini zərərli tərkibli olması ilə blok edilib. Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir", - rəsmi məlumatda qeyd edilib.