Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2023 20:02
Braziliyada 128-ci doğum gününə bir həftə qalmış dünyanın ən yaşlı insanı hesab edilən Xose Paulino Qomeş dünyasını dəyişib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, bu barədə "Mirror" məlumat yayıb.
O, iyulun 28-də Minas-Gerays ştatının Pedra Bonita şəhərindəki evində vəfat edib. Onun 1917-ci il nikah şəhadətnaməsində həmin kişinin 1895-ci il avqustun 4-də anadan olduğu bildirilir.
Əgər bu doğrudursa, onda belə çıxır ki, Qomeş kraliça Viktoriyanın ölümündən əvvəl anadan olub, hər iki dünya müharibəsindən, pandemiyadan və digər sarsıntılardan sağ çıxıb.
Hüquq məsləhətçisinin sözlərinə görə, braziliyalı həqiqətən də 1900-cü ildən əvvəl doğula bilərdi. Çünki nikah şəhadətnaməsi 1917-ci ilə aiddir və kişilər nadir hallarda 17 yaşında evlənirlər.
Ginnesin Rekordlar Kitabına görə hazırkı rekordçu 115 yaşlı ispaniyalı Mariya Branyas Moreradır. Ekspertlər Qomeşin əsl yaşını dəqiq müəyyənləşdirə biləcəklərmi? Bu məlum deyil.
Onun 7 övladı, 25 nəvəsi, 42 nəticəsi və 11 kötücəsi qalıb.